ISSN 2522-9451

Müəllif qaydaları


Əlyazmanın redaksiyaya təqdim olunma qaydası

Diqqət: Əvvəllər çap olunmuş və ya cap olunmaq üçün başqa bir dövri nəşrə göndərilmiş əlyazmaların jurnala tədqim edilməsi qəbuledilməzdir.


Əlyazmanın orijinalı mükəmməl redaktə edilmiş halda 1nüsxədə (həmçinin elektron forması kompakt disk və ya digər electron daşıyıcılarda) jurnalın redaksiyasına (Azərbaycan Respublikası, Bakı, Içərişəhər, 3-cü Maqomayev, döngəsi 8/4, telefon (012-511-05-58, 012-497-16-32 mobil 050-201-05-58) təqdim edilir. Əlyazma müəllif(lər) tərəfindən imzalanmalı və onun redaksiyaya təqdimolunma tarixi göstərilməlidir.


Müəlliflər redaksiyaya təqdim edilən əlyazma ilə bağlı müvafiq müəllif anketi doldurmalıdırlar. Göndəriş məktubu və müəllif anketinin nümunəsini jurnalın internet səhfəsindən (iqtisadiarasdirmalar.com) və ya redaksiyadan götürmək olar.


Müəlliflik hüquqları

Jurnalda dərc edilən məqalələrdə müəlliflik hüququ qorunur və bu məqalələrin bütün nəşr hüququları eksklyuziv olaraq «İqtisadi araşdırmalar jurnalı»na aiddir. Jurnalda cap edilmiş məqalələrin eynilə digər nəşrlərdə dərcinə yalnız Redaksiyanın yazılı icazəsilə, sitatlarların verilməsinə isə mənbə göstərilmək şərtilə yol verilir.


Əlyazmanın strukturu və həcmi

Əlyazmanın mətni dəqiq strukturlaşdırılmalı, bir sətir buraxılmaq və yeni sətirdən başlamaqla, ardıcıl olaraq, «UOT», «Məqalənin adı» «Müəllifin adı və soyadı» «Müəllifin işlədiyi qurumun adı və ünvanı, müəllifin elektron poçtünvanı», «Xülasə», «Açar sözlər», «Giriş», «Material», «Nəticə», «Ədəbiyyat siyahısı» və xarici dillərdə xulasələr və açar sözlər - «Аннотация», «Ключевые слова» və «Abstract», «Key words», «JEL Classification Codes»strukturunda tərtib edilməli, həcmi cədvəllər daxil edilmədən minimum a 4 formantında qeyd edilən parametrlərə uyğun 3 səhifədən az olmamaq şərtiilə.


Əlyazmanın resenziyalaşdırılması və dərci

Redaksiyaya təqdim edilən əlyazmalar rezenzentlər tərəfindən konfedensial olaraq resenziyalaşdırıldıqdan sonra onların dərc edilib - edilməməsinə qərar verilir. Resenziyalaşdırma və təsdiqetmə müddəti ümumilikdə 3 aydır. Əlyazmalar resenziyalaşdırma prosedurunun nəticələri əsas götürülərək növbəlilik prinsipi ilə dərc edilir.



Əlyazmanın tərtib edilmə qaydaları

Əlyazmanın mətni Microsoft Office Word proqramında A4 formatda, Times New Roman – 12 şriftində (qara rəngdə), 1 intervalda yığılmalı, səhifələrin bütün kənarlarında 2 sm boş sahə buraxılmalıdır.


Əlyazmanın başlığı böyük hərflərlə, yarımbaşlıqları isə yalnız ilk hərfi böyük olmaqla, qalın şiriftlə və nömrələndirilərək yazılmalıdır. Başlıq və yarımbaşlıqlardan, cədvəl və şəkillərdən əvvəl və sonra bir sətir ara boşluğu buraxılmalıdır. Səhifələr ardıcıl olaraq yuxarı sağ küncdə nömrələnməlidir.


Cədvəl və şəkillərin adı olmalı və bu ad cədvəllər üçün cədvəlin üstündə sağ küncdə, şəkillər üçün şəklin altında sol küncdə yerləşdirilərək, ərəb rəqəmlərilə ardıcıl nömrələndirilən, müvafiq olaraq «cədvəl» və «şəkil» sözündən sonra yazılmalıdır. Cədvəl və şəkillərin başlıqları ilk hərfləri böyük olmaqla qalın şiriftlə yazılmalıdır. Cədvləin sütunlarının adı qısa olmalı, ölçü vahidləri mötərizədə göstərilməlidir.


Şəkillər elektron formatda «jpg», «tif» fayl tipində, CMYK-rəng rejimində, 300 dpi-dən az olmayan ölçüdə, qrafik illüstrasiyalar Word, Exsell, Adobe Illustrator, Potoshop, CorelDRAW və PowerPoint proqramlarından birində təqdim edilməlidir.


Cəvləl və şəkillər biri-birini təkrarlamamalı, göstəricilər Beynəlxalq vahidlər sistemində () verilməlidirlər. Əlyazmada bir cədvəl və bir şəkil verildikdə, müvafiq olaraq, onlar nömrələnməli, «Cədvəl» və ya «Şəkil» sözü də yazılmamalıdır.


Əlyazmada istifadə olunan düsturlarda rast gəlinən simvolların qiyməti və ədədi əmsallarının izahı, onların düsturdakı yerləşmə ardıcıllığı nəzərə alınaraq, bilavasitə düsturun altında verilir. Düstur sağ tərəfdə mötərizə daxilində nömrələnməli, hər bir simvolun və ədədi əmsalın qiyməti yeni sətirdə yerləşdirilməli və izahatın birinci sətri «burada» sözündən sonra yazılmalıdır. Tənliklər və düstürlar mətndən boş sətirlər vasitəsilə ayrılmalıdır. Hər düsturun üstündə və altında bir-iki boş sətir olmalıdır.


Məqalənin mətnində sözlər,ümumi qəbul edilmiş bir neçə ixtisarlar və çox işlənən akronimlər (və s., məs., ABŞ, BMT) istisna olmaqla, tam açıq verilməlidir.


Mətndə mövzu ilə bağlı zəruri istinadlar olmalıdır. İstifadə edilən bütün mənbələr «Ədəbiyyat siyahısı» hissəsində əlifba sırası, yaxud da istinad olunan ədəbiyyatların mətnində rast gəlindiyi ardıcılıqla nömrələnməli və düzbucaqlı mötərizədə verilməlidir.


Mənbələr müəllif(lər)in soyadı, ad(lar)ının ilk hərf(lər)i, mənbənin adı, nəşr yeri (məqalədirsə - jurnalın adı, məruzədirsə - konfransın adı, kitabdırsa - nəşriyyatın və şəhərin adı), cildi (çoxcildi əsərlər üçün sayı) və səhifə sayı göstərilən strukturda verilməlidir. Xarici dillərdə instinad edilən mənbələrin və internet veb-saytlarının qarşısında onların Azərbaycan dilində açılışını verən tərcümə variantı əlavə olunmalıdır.


Mətndə istifadə edilməyən mənbələrə «Ədəbiyyat siyahısı» hissəsində göstərilməməlidir.


Xülasə

Xülasə ayrı-ayrılıqda jurnalın hər bir dilində, eyni məzmunda, həcmi 200 sözdən çox olmamaqla yazılmalı və məqalənin mahiyyətini ifadə etməlidir. Onun mətni elmi və qarammatik baxımdan ciddi redaktə edilməli, burada «Tədqiqatın məqsədi», «Tədqiqatın metodologiyası», «Tədqiqatın nəticələri», «Tədqiqatın məhdudiyyətləri» «Tədqiqatın praktiki əhəmiyyəti», «Tədqiqatın orjinallığı və elmi yeniliyi» (rus dilində - «Цельисследования», «Методологияисследования», «Резултатыисследования», «Ограниченииисследования»,  «Практическоезначи-мостьисследования», «Оргинальностьинаучнаяновизнаисследования», ingilis dilində - «Purpose», «Design/meth-odology/approach», «Findings», «Research limitations», «Practical implications», «Originality/value») öz əksini tapmalıdır.


Digər dillərdə verilən xülasələrdə ardıcıl olaraq müəllif(lər)in soyadı, adı, atasının adı, elmi dərəcəsi, işlədiyi qurumun adı, vəzifəsi, elektron poçt ünvanı və məqalənin başlığı göstərilməlidir.


İndeks və açar sözlər

Müəllif(lər) məqalənin elmi istiqamətlərini UOT indeksi və ABŞ İqtisadi Assosiasiyasının İqtisadi Ədəbiyyat jurnalının (The Journal of Economic Literature - JEL) təsnifat sistemi kodları əsasında göstərməlidir. UOT indeksi məqalənin başlığından əvvəl sol küncdə, JEL kodu isə açar sözlərdən (Key words) sonra verilir.

Məqalədə hər bir dildə yazılan xülasənin sonunda 5-dən az olmayaraq açar sözlər və söz birləşməsi göstərilməlidir.